Belqradda növbəti etiraz aksiyası keçirilib
“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarları Belqradın mərkəzində Respublika Seçki Komissiyasının qarşısında növbəti etiraz aksiyası keçirib, sonra isə şəhər boyu yürüş edib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, 400-ə yaxın etirazçı yolun kənarına çıxaraq Serbiya Radio və Televiziyasının binasına tərəf gedib. Nümayişçilər şəhərin mərkəzi küçələri ilə yürüş edərək iğtişaşlara görə saxlanılanların hamısının azad edilməsinə çağırışlar səsləndiriblər.
Bundan əvvəl “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatının tərəfdarları dekabrın 29-da Serbiyanın paytaxtında 24 saat ərzində etiraz aksiyası keçirəcəklərini və bu aksiya zamanı əsas şəhər magistrallarının bağlanacağını elan ediblər.