Bia.Az

İsraildən Livana: Siz edə bilməsəniz, biz edəcəyik!

Dünya
 28-12-2023, 01:03     201

İsrail-Livan sərhədindəki mövcud vəziyyətin diplomatik yolla həlli üçün vaxt bitir.

Axar.az xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hökumətinin üzvü Benni Qantz deyib.

“İsrailin şimal sərhədində vəziyyət dəyişiklik tələb edir. Diplomatik həll üçün vaxt bitməkdədir. Əgər dünya və Livan hökuməti İsrailin şimal rayonlarının atəşə tutulmasını dayandıra və Hizbullahı sərhəddən uzaqlaşdıra bilməsə, bunu ÇAXAL edəcək”, - deyə Qantz bildirib.скачать dle 12.1