Bia.Az

Bu qızın 32 yaşı, 625 milyon dolları var, subaydır - FOTOLAR

Dünya
 26-12-2023, 15:06     242

O, iki biznesmenin Suna Koç (Kıraç) və İnan Kıraçın ailəsində dünyaya gəlib.

1984-cü ildə doğulan İpek Kıraç ailəsinin 15 il həsrətlə gözlədiyi uşaq idi. Anası Suna deyir ki, evliliyimizin 15-ci ilini də uşağımız olmadan qeyd edirdik. Amma çox istəyirdim ki, İnan Kıraçla sevgimizi uşaqla taclandıraq. Həkimlər övladımızın olmamasına səbəb kimi bizdə heçnə tapmırdı. Sonra mənim gərgin iş rejimimdə çalışmağım əsas gətirildi. Həqiqətən günün 15 saatına dayanmadan çalışırdım. Sonra son verdim. Övladımızın olması üçün nə lazımdırsa, əməl etdim".

Beləcə, İpək Kıraç milyonçular ailəsində doğulub. Bu gün İpəyin 32 yaşı var.

İpək bu gün "100 ən varlı türk" siyahısında 63-cüdür. Gənc xanım hazırda ailəsinin sərvətini artırmaqla məşğuldur. O, təkcə ötən il 85 milyon dollar sərvət əldə edib.

İpək Kıraç ən gənc və subay milyoner kimi yaşamaqda davam edir. (A24.az )




скачать dle 12.1