Bia.Az

Putinin mümkün rəqiblərini indidən necə sıradan çıxarırlar

Dünya
 26-12-2023, 01:43     253

Rusiyada təşəbbüs qrupu Donetsk separatçılarının keçmiş komandanı, FTX-nin ehtiyatda olan polkovniki İqor Strelkovun (Gırkin) ölkə prezidentliyinə namizədliyinin irəli sürüılməsini dəstəkləyib.

Strelkovun tərəfdarları onun namizəliyinin irəli sürülməsi üçün lazım olan 500 imzanı toplayıblar.

Bu mərasim yerli vaxtla saat 16:00-da başa çatmalı idi, amma tədbir qeydiyyatdan keçmək üçün yığılanların uzun növbəsinə və notariusun olmamasına görə uzanıb.

Notarius tədbirə gəlməyib. Təşəbbüs qrupu notariusun işi ilə bağlı prosesin sabah, dekabrın 26-da keçirləcəyini bildirib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, əgər notarisus dekabrın 26-da da gəlməsə, Strelkovu qeydiyyatdan keçirməkdən imtina edə bilərlər.
Bu da xəbər verilir ki, MSK nümayəndələri də bu təbirdə iştirak etməyiblər.

Strelkov hazırda təcridaxanadadır. Qondarma DXR-in keçmiş “daxili işlər nazirinə” qarşı ekstrermist fəaliyyətə çağırış ittihamı irəli sürülüb. Bu maddə ilə ona 5 il iş kəsilə bilər. Strelkova qarşı cinayət işi iyunun 18-də qaldırılıb.//Azadlıq radiosuскачать dle 12.1