Bia.Az

Şahzadə Kate Middletondan sürpriz çay süfrəsi

Dünya
 25-12-2023, 02:02     284

Şahzadə Kate Middleton Milad sürprizi olaraq çay süfrəsi təşkil edib. O, uğurlu uşaqlar və onlara mentorluq edən böyüklərlə görüşüb.

Sherg.az xarici media istinadən xəbər verir ki, Britaniya kral ailəsinin ən məşhur üzvü olan şahzadə Keyt Middlton Milad sürprizi olaraq çay süfrəsi təşkil edib. Xüsusi Milad şənliyi Britaniyanın İTV telekanalında yayımlanacaq.

"Kate's Together at Christmas Carol Service" filminin qısa baxışında 41 yaşlı şahzadə qapıdan içəri keçərkən qonaqları heyrətə gətirir.


 
Gecənin qonaqlarından biri olan 13 yaşlı futbolçu Riko uşaqlıq məşqçisi ilə görüşəcəyini gözləyib və qəfil qarşısında şahzadə Keyt Middltonu görüb təəccüblənib.

Şahzadə gənc futbolçunun əlini sıxır və onunla söhbət edir.

Middleton xüsusi çay süfrəsində uşaqları və onlara mentorluq edən digər böyükləri də təəccübləndirir.

Xüsusi film keçən ay Londonda lentə alınıb və Kate Middleton uşaqlarla masa ətrafında oturub onların necə ruhlandırdıqlarını dinləyib.

1350 funt-sterlinq dəyərində qırmızı "Miu Miu jumper" geyinən Şahzadənin başdan ayağa qırmızı üslubu bəyənilib.

BİA.az
скачать dle 12.1