Bia.Az

Qalmaqallı keçid məntəqəsindəki aksiya dayandırılır

Dünya
 24-12-2023, 02:07     380

Polşalı fermerlər dekabrın 24-dən etibarən Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldıracaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bu günkü danışıqların nəticəsi olaraq, noyabrın 23-də Medıke keçidini bağlamağa başlayan fermerlər, sabahdan, yəni dekabrın 24-dən saat 8:00-dan etibarən etiraz aksiyasını dayandırmaq qərarına gəliblər”, - məlumatda deyilir.

Kənd təsərrüfatı naziri Çeslav Sekierskinin sözlərinə görə, fermerlərin tələbləri yerinə yetiriləcəkскачать dle 12.1