Bia.Az

Abdullahian Lavrova etirazını bildirdi

Dünya
 23-12-2023, 00:52     232

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bildirib ki, Tehran üç ada ilə bağlı istənilən tərəfin iddialarını qəti şəkildə rədd edir.

Axar.az İRNA-ya istinadla xəbər verir ki, Abdullahian bu sözləri çərşənbə günü Mərakeşdə keçirilən 6-cı Rusiya-Ərəb Əməkdaşlıq Forumunun üç İran adası ilə bağlı bəyanatına cavab olaraq deyib.

“Ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət ölkələr arasında münasibətlərdə fundamental prinsiplərdən biridir və Tehran öz ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı məsələlərə çox ciddi yanaşır”, - İran XİN rəhbəri bildirib.

Tehran və Moskva arasındakı münasibətləri strateji adlandıran Lavrov Rusiyanın İranın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmət etdiyini bildirib.

Onun sözlərinə görə, Mərakeşdə keçirilən görüşün yekun bəyanatının hazırlanması üzrə danışıqlar zamanı Rusiya İranın suverenliyinə və ərazi bütövlüyünə hörmətə diqqət yetirib.

Diplomatlar Qəzza zolağındakı vəziyyətlə bağlı son hadisələri də müzakirə ediblər.

Xatırladaq ki, tərəflər arasında telefon danışığı ötən gün baş tutub.

Qeyd edək ki, Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını BƏƏ özününkü sayır və Rusiya ilk dəfə deyil ki, bu məsələdə BƏƏ-yə dəstək verir.скачать dle 12.1