Bia.Az

"Madrid prinsipləri Qarabağ danışıqları masasında olmalıdır" - Rusiya XİN

Dünya
 22-07-2020, 15:11     24

“Həm Rusiya, həm də regionda sabitliyin gücləndirilməsində maraqlı olanlar müvafiq açıqlamalar verərək tərəfləri barışığa, atəşkəsə sövq etməlidir. Yəni buradakı sabitləşmə hamının marağındadır”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmanla söhbəti zamanı bildirib.

“Bizim mövqeyimizə görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində indiyədək ərsəyə gətirilmiş Madrid prinsipləri və beynəlxalq birlik tərəfindən ortaya qoyulan başqa prinsiplər danışıqlar masasında qalmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq üçün indiyədək göstərilən böyük səylərlə əldə edilən nailiyyətlərin hazırkı böhran üzündən hədər getməməsinə yol vermək olmaz”, – Rusiya rəsmisi deyib.

BİA.azскачать dle 12.1