Bia.Az

İranda neft sənayesi işçiləri tətil aksiyasına başladı

Dünya
 21-12-2023, 14:24     218

İranın Neft Nazirliyinə bağlı Ağacari Neft və Qaz Kəşfiyyat Şirkətinin işçiləri tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq aksiya keçirirlər.

ıYenipress.az xəbər verir ki, bu barədə İranın Azad İşçilər Birliyi məlumat yayıb.

Onlar neft sənayesi işçilərinin əmək haqlarının artırılmasını, əmək haqlarından tutulan verginin azaldılmasını tələb edirlər.

Bununla yanaşı, etirazçılar iş və pensiya hüquqları ilə bağlı olan 10-cu maddənin icra edilməsini istəyirlər.

Qeyd edək ki, bundan əvvəl may ayında da neft sənayesinin 12 mindən çox işçisi oxşar istəklərlə bir neçə günlük tətil aksiyası keçirmişdilər.скачать dle 12.1