Bia.Az

“Yırtıcı sərçə” bəyanat yaydı: Xameneiyə cavabdır!

Dünya
 18-12-2023, 14:44     225

İranda yanacaqdoldurma məntəqələrinə haker hücumu edən qrup bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu barədə “Yırtıcı sərçə” haker qrupu özünün Teleqram kanalında paylaşım edib.

“Xamenei! Daha əvvəl də xəbərdarlıq edərək bölgədəki şeytani təxribatlarınıza qarşı reaksiya verəcəyimizi demişdik”, - haker qrupu yazıb.

“Tasnim” xəbər agentliyi isə kiberhücum ilə bağlı dövlət məsullarının fövqəladə toplantı keçirdiyini bildirib.скачать dle 12.1