Bia.Az

"NATO Moskvaya hücum etsə, ciddi müqavimət göstərmədən şəhəri işğal edə bilər" - Hərbi ekspert

Dünya
 18-12-2023, 02:27     274

“Rusiyanın təsirini genişləndirə biləcəyi bir çox coğrafi məkanların olmasına baxmayaraq, Moskva bunu NATO-ya qarşı etməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

O bildirib ki, alyansa qarşı hər hansı təcavüz Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi üçün intihar addımıdır.

Ekspert əmindir ki, Şimali Atlantika Alyansı bu gün Moskvaya hücum etmək qərarına gəlsəydi, ciddi müqavimət göstərmədən tez bir zamanda Rusiyanın paytaxtını işğal edərdi.

“Əminənm ki, belə bir müharibə “İkinci Dünya Müharibəsi” və ya “Moskva döyüşü” adlandırılmayacaqdı. Çünki, hər şey çox tez baş verəcəkdi”.

Eyni zamanda analitik xatırladıb ki, hətta Vaqner PMC dəstəsinin lideri Yevgeni Priqojin Rusiyanın paytaxtını ələ keçirməyə demək olar ki, müvəffəq olub.

“Hətta tam hüquqlu heyəti olmayan, qeyri-qanuni hərbi birləşmələr dəstəsi olan Priqojin belə demək olar ki, bunu bacardı. Sadəcə, Priqojin heç vaxt işini tamamlamadı, çünki o, cəsarətsiz idi. Amma Şimali Atlantika Alyansı irəliləsəydi, Qırmızı Meydanda növbəti qələbə paradı artıq Abrams və Leopard tankları ilə keçiriləcəkdi”, – deyə Kovalenko əlavə edib.скачать dle 12.1