Bia.Az

Bu, müharibəyə qoşulmaqdır, Rusiya mənə xəbərdarlıq etdi

Dünya
 14-12-2023, 10:24     306

Rusiya üçün Ukrayna F-16 qırıcılarının NATO bazalarından uçması "qırmızı xətt"dir və bu, Rusiya ilə açıq toqquşmaya gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaqa bildirib.

“Rusiya səfiri mənə vacib bir məsələ ilə bağlı məlumat verdi. Rusiya tərəfinin fikrincə, bəzi Qərb ölkələri Ukraynadakı müharibəyə birbaşa qoşulmaq niyyətindədirlər, onlar döyüşlərə qatılacaq Ukrayna F-16 qırıcıları üçün öz aerodromlarını verəcəklər. Rusiya üçün bu, "qırmızı xətt"dir və onlar xəbərdarlıq edirlər ki, əgər söhbət açıq münaqişədən gedərsə, eskalasiya III Dünya müharibəsinə gətirib çıxara bilər", - Blaqa qeyd edib.скачать dle 12.1