Bia.Az

İrəvanda qarşıdurma: Bakının qaytardığı ermənilər... - Video

Dünya
 14-12-2023, 02:08     395

İrəvanda Azərbaycanın təhvil verdiyi və xəstəxanaya yerləşdirilən 32 erməni əsirin ailələri ilə polislər arasında qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, yaxınları hərbçiləri ziyarətə gəlsə də, onlar xəstəxanaya buraxılmayıb və bu səbəbdən dava baş verib.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan tərəfində saxlanılan 32 erməni hərbçi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil verilib.

скачать dle 12.1