Bia.Az

Aİ 3 ildə Rusiya aktivlərindən 15 milyard gəlir toplayraq Ukraynaya verəcək

Dünya
 13-12-2023, 01:09     364

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən istifadə sxemi hazırlayıb və sonra onu Kiyevə göndərmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının müvafiq sənəd layihəsini nəzərdən keçirən Bloomberg agentliyi məlumat yayıb.
Təklifə əsasən Ukraynaya yardım üçün hansı vəsaitlərdən istifadə olunacağı müəyyən ediləcək. Sonra (ilk addım) bu aktivlərlə bağlı fəaliyyət qaydası hazırlanacaq: “Xərclər çıxıldıqdan və milli vergilər ödənildikdən sonra əldə edilmiş mənfəət nizamnamə kapitalı və risklərin idarə edilməsi tələblərinə uyğun olaraq dəqiq müəyyən ediləcək və Ukraynaya verilməsi üçün uçota alınacaq”.
Agentliyin məlumatına görə, təkliflər arasında bu aktivləri saxlayan qurumları hüquqi risklərdən və təqiblərdən qorumaq, habelə kiçik məbləğdə olan qiymətli kağızların mərkəzi depozitarlarını məsuliyyətdən azad etməklə bağlı tövsiyələr var.
İkinci addım dondurulmuş vəsaitlərdən əldə edilən xalis gəlirin 2024-2027-ci illər üçün Aİ büdcəsinə köçürülməsini nəzərdə tutur. Sənədə əsasən, AK 2027-ci ilə qədər Rusiyanın dondurulmuş aktivlərinin təkrar investisiyasından gəlir şəklində təxminən 15 milyard avro toplamaq niyyətindədir.
Belə aktivlərin ən böyük həcmi - 191 milyard avro Belçikadakı beynəlxalq “Euroclear” platformasında bloklanıb və 2023-cü ilin doqquz ayında onlardan artıq 3 milyard avro gəlir əldə edlib.
G7-nin belə bir “sürpriz tədbiri” dəstəkləməsinə baxmayaraq, Aİ Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu və bir sıra üzv dövlətlərin bu addımların hüquqi və maliyyə nəticələri ilə bağlı ifadə etdiyi narahatlıqları nəzərə alaraq, planları tədricən həyata keçirir. Eyni zamanda, AK sənədində "dondurulmuş aktivlərdən əldə edilən gəlirin Rusiyaya aid olmadığı və onun mülkiyyəti olmadığı açıq-aydın göstərilir, çünki onlar əsas hərəkətsizləşdirilmiş fondların özündən fərqlənirlər".
Qeyd edək ki, Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etmək istiqamətində fəaliyyətlər 2023-cü ilin yayından dayandırılmışdı. Lakin Aİ və ABŞ-da Ukraynaya yardımın toplanması ilə bağlı problemlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə cəhdlərinə yeni təkan verdi. Plan, qüvvəyə minməsi üçün dekabrın 14-15-də keçiriləcək sammitdə Aİ-nin bütün 27 ölkəsi tərəfindən yekdilliklə təsdiqlənməlidir.скачать dle 12.1