Bia.Az

Zelenski devrilir: Ukraynada 100 illik plan işə düşəcək - kəşfiyyatın ŞOK məlumatı

Dünya
 11-12-2023, 13:07     231

“Qərb Ukrayna prezidenti Vladimir Zelenskini devirməyi planlaşdırır”.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

Narişkin hesab edir ki, Qərb Zelenskinin Moskva ilə müharibədə barışmaz mövqeyindən yorulub.

“Xarici kəşfiyyat xidməti mötəbər məlumatlar əldə edib ki, Qərbin aparıcı ölkələrinin yüksəksəviyyəli rəsmiləri Zelenskinin dəyişdirilməsinin zəruriliyini intensiv şəkildə müzakirə edirlər”, - o deyib.

Narışkin qeyd edib ki, Zelenskinin əvəzində Avropa İttifaqı və Rusiya arasında onilliklər ərzində “kordon sanitar” yaradacaq “yeni Pilsudski”ni hakimiyyətə gətirməyə çalışırlar.

Qeyd edək ki, “kordon sanitar” termini Çar Rusiyası dağılandan sonra SSRİ ilə Avropa sərhədləri arasında yaradılmış kiçik ölkələrə (Baltikyanı ölkələr, Polşa, Rumıniya, qismən Finlandiya belə ölkələr hesab olunur) verilən geosiyasi adı əks etdirir. Jozef Pilsudski də belə ölkələrdən hesab olunan Polşanın ilk lideri olub. (Publika.az)скачать dle 12.1