Bia.Az

Kremlə qarşı yeni addım: İrəvana “hərbi missiya” gəlir - NƏ BAŞ VERİR?

Dünya
 6-12-2023, 15:59     345

B və onun aparıcı üzvü Fransa son dövrlərdə Ermənistanda öz hərbi varlığını genişləndirmək üçün aktivləşib.

Bu sözləri Axar.az-a AB-nin Ermənistana hərbi-texniki heyət göndərmək planı haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert Ermənistanın Rusiyadan qoparılması üçün proses getdiyini bildirib:

“Paris İrəvan ilə Moskvanın münasibətlərini tamamilə korlamaq üçün öncə “mülki missiya” göndərdi, missiyanın üzvləri istefada olan hərbçilərdən seçildi, indi isə hərbi-texniki heyətin göndərilməsi nəzərdə tutulur. Diqqətçəkən məqam isə sözügedən heyət gəlməmişdən əvvəl Fransadan göndərilən silah-sursat və hərbi texnikanın bir hissənin artıq Ermənistana çatdırılmasıdır. Növbəti ildə də bu davam edəcək və təbii ki, silah-sursat və hərbi texnika göndərilirsə, onun servis heyəti də olmalıdır”.

Ədalət Verdiyev AB ilə yaxınlaşmanın Ermənistan üçün ağrılı olacağını qeyd edib.

Qeyd edək ki, AB-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos öz açıqlamasında təşkilatın bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərəcəyini deyib.
скачать dle 12.1