Bia.Az

BU ADAM haqqında məlumat verənlər 7 milyon alacaq

Dünya
 6-12-2023, 00:50     429

ABŞ administrasiyası Rusiyalı iş adamı, Krasnoyarsk diyarının keçmiş qubernatoru Aleksandr Ussun oğlu Artem Uss haqqında məlumat verən şəxsə 7 milyon dollar ödəməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.
Sənəddə bildirilir ki, Dövlət Departamenti iş adamının saxlanmasına imkan verəcək məlumat üçün “7 milyon dollara qədər mükafat” təklif edir.
Qeyd edək ki, Artem Uss ABŞ-da sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. ABŞ-da onu 20 ildən 30 ilə qədər həbs gözləyir. O, ötən il oktyabrın 17-də ABŞ-ın tələbi ilə İtaliyada saxlanılıb, daha sonra ABŞ-a ekstradisiya ilə bağlı məhkəmə qərarını gözləyən ev dustaqlığında olub.

Bu il martın 21-də Milanda məhkəmə bu məsələ ilə bağlı müsbət qərar qəbul edib. Martın 23-də Uss ev dustaqlığında olduğu Milan yaxınlığındakı kirayə evi icazəsiz tərk edib. Daha sonra məlum olub ki, o, könüllü olaraq Rusiya Daxili İşlər Nazirliyinin istintaq idarəsinə təslim olub. Rusiya məhkəməsi də Ussu xüsusilə irimiqyaslı çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində beynəlxalq axtarışa verib, İtaliyadan onun ekstradisiyasını tələb etmişdi.

Onu da bildirək ki, Rusiya məhkəməsində Ussa qarşı iddia ABŞ-dakı proses barədə məlumat yayılandan sonra qaldırılıb. Bu addımda məqsədin onu ABŞ-ın əlinə düşmədən Rusiyaya gətirmək olduğu bildirilir. Ussun İtaliyadan məhz Rusiya xüsusi xidmət orqanları tərəfindən çıxarıldığı heç kimdə şübhə doğurmur.скачать dle 12.1