Bia.Az

“Putini Paşinyanın partiyası xilas edib” - ŞOK AÇIQLAMA

Dünya
 5-12-2023, 17:03     297

““Ayakve” qanunvericilik təşəbbüsü qəbul olunarsa, Ermənistan hüquq-mühafizə orqanları Rusiya prezidenti Vladimir Putinə qarşı cinayət işi başlatmalı olacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin spikeri Alen Simonyandır.

“Ayakve”nin təqdim etdiyi Cinayət Məcəlləsinə dəyişikliklərin daxil edilməsi ilə bağlı səsvermənin nəticələri barədə danışan parlamentin sədri bildirib ki, müxalifət qanun layihəsinin gündəliyə daxil edilməsinə görə hakim qüvvəyə minnətdar olmalıdır.

“Biz sizə özünüzü xilas etməyə kömək etdik, çünki siz bu qanun layihəsinin girovu oldunuz. Sualım budur: Rusiya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı üçün bu reqlament müttəfiqimiz Rusiya prezidentinə şamil olunacaqmı?” - deyə Simonyan müxalifət nümayəndələrinə sual ünvanlayıb.

Müxalif  “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan yerindən qalxaraq “bu maddə hakim qüvvədən başlayaraq hamıya şamil olunacaq”, - deyə bildirib.

“Təşəkkür edirəm, bunu bildirməyiniz çox vacibdir. Sonra da deyirlər ki, siz rusiyapərəst müxalifətsiniz, mən şəxsən buna inanmıram”, - deyə Simonyan onu ələ salıb.скачать dle 12.1