Bia.Az

İranda media platformasının rəhbəri həbs edildi

Dünya
 5-12-2023, 01:10     377

İranın “Suruş” media platforması şirkətinin baş direktoru Məhəmmədrza Əli Əsgəri həbs edilib.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, ona qarşı “kiber məkanda əxlaqsız məzmunlu materialların dərcinə şərait yaratmaq” ittihamı irəli sürülb.

Qeyd edək ki, "Suruş" media platforması şirkəti İran Radio və Televiziyasının himayəsi ilə fəaliyyət göstərib. Hazırda 700 min istifadəçisi var.скачать dle 12.1