Bia.Az

ABŞ İranın 6 milyard dollarını dondurdu- SANKSİYA DAVAM EDİR

Dünya
 1-12-2023, 12:27     416

ABŞ Konqresi İranın 6 milyard dollarının yenidən dondurulmasını təsdiqləyib.


 ABŞ Konqresinin Nümayəndələr Palatası İrana məxsus daha əvvəl üzərindən bloklanma götürülmüş 6 milyard dolların yenidən dondurulmasına səs verib.

Musavat.com bu barədə teleqram kanallarına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bu tədbir yeni “İran terrorizminin maliyyələşdirilməsini qadağan edən qanun”un qəbulu çərçivəsində təsdiqlənib.

Nümayəndələr Palatasının 307 üzvü tədbirin lehinə, 119-u isə əleyhinə səs verib.скачать dle 12.1