Bia.Az

Sentyabrda İrandan Türkiyəyə qaz nəqli tam dayanıb

Dünya
 28-11-2023, 01:40     280

2023-cü ilin sentyabr ayında Türkiyə xaricdən 3,292 milyard kubmetr təbii qaz idxal edib.
Musavat.com ölkənin Enerji Bazarını Tənzimləmə Şurasına (EPDK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 3 faiz azdır. Eyni zamanda son dörd ildə bu ay üçün ən aşağı göstəricidir.
Ay ərzində özəl idxalçılar - Akfel Gaz, Bosphorus Gaz, EGE, Kibar Enerji və SOCAR Enerji görünməmiş həcmdə qaz idxal ediblər. Onlar birlikdə sentyabrda 1,019 milyard kubmetr - 2023-cü ilin avqust ayı ilə müqayisədə demək olar ki, iki dəfə, bir il əvvəlkindən isə 14 dəfə çox qaz alıblar.
Şura bildirir ki, sentyabrda istilər səngisə də, havanın temperaturu iqlim normasından xeyli yüksək olub. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə ölkədə elektrik enerjisi istehlakının 4 faiz artmasına səbəb olub.
Enerji kompleksinin tərkib hissəsi kimi kömürlə işləyən istilik elektrik stansiyalarının istehsalında 10 faiz, küləkdən elektrik enerjisi istehsalında isə 37 faiz artım qeydə alınıb.
Sentyabrda həmçinin Türkiyədə ümumi qaz istehlakı 4 faiz azalaraq 3,044 milyard kubmetr olub. Enerji istehsalı sahəsində istehlak 8 faiz azalaraq 1,356 milyard kubmetr təşkil edib. Mənzil-kommunal təsərrüfatı sektorunda qazdan istifadə də 8 faiz azalaraq 286 milyon kubmetr təşkil edib.
Oktyabr ayında havanın temperaturu hələ də iqlim normasından xeyli yüksək olub ki, bu da istehlakçılara təbii şəraitdə rahatlıq yaradıb.
Sentyabrda boru kəməri qazı idxalı 2,791 milyard kubmetr təşkil edib. Ötən ilin eyni dövründə idxal 3,105 milyard kubmetr olmuşdu.
Rusiyadan sentyabrda 1,902 milyard kubmetr qaz alıb ki, bu da ötən ilin eyni dövründəkindən 24 faiz çoxdur. Rusiya qazının tədarükü üçüncü aydır ki, artıb.
Azərbaycandan qaz idxalı 25 faiz artmaqla 889 milyon kubmetr olub.
İran qazı iyulda olduğu kimi sentyabr ayı ərzində də idxal olunmayıb. Avqustda İrandan müqavilədə nəzərdə tutulandan 10 dəfə az, iyunda isə yarısı qədər qaz idxal olunmuşdu. Ümumilikdə, ilin əvvəlindən İran qazının Türkiyəyə tədarükü demək olar ki, yarıya qədər azalıb - 3,813 milyard kubmetr.
Türkiyə 2023-cü ilin sentyabrında maye qaz idxalını təxminən iki dəfə artıraraq 501 milyon kubmetrə çatdırıb. İdxal əsasən Əlcəzairdən, cəmi bir partiya isə ABŞ-dan reallaşıb.скачать dle 12.1