Bia.Az

Putin qorxdu: “hazıram” bəyanatının səbəbi... - Piontkovski

Dünya
 27-11-2023, 09:30     295

Milad bayramına qədər ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox dəyərində yeni yardım paketi barədə razılığa gələcək və bu, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının öz məqaləsində yazdığı cəbhədəki “dalanı” hərəkətə gətirəcək.

Axar.az xəbər verir ki, bu fikirləri “Fabrika Novostey” Yutub kanalında politoloq Andrey Piontkovski səsləndirib.

O bildirib ki, Kreml ABŞ silahlarının Ukraynaya yeni tədarükündən qorxur, Putinin Kiyevlə danışıqlara hazır olması ilə bağlı son bəyanatları da məhz bununla bağlıdır:

“Qarşıdan gələn yeni silah tədarükü ilə yanaşı, Qərb Ukraynaya misli görünməmiş diplomatik dəstək də nümayiş etdirir. Bunu Qərbin yüksək rütbəli rəsmilərinin Kiyevə səfərləri sübut edir. Söhbət ABŞ-ın yüksək səviyyəli liderləri tərəfindən Ukraynaya fərqli siyasi dəstək səviyyəsindən gedir: Ostinin Ukraynaya səfəri, həmçinin Böyük Britaniyanın yeni xarici işlər naziri Kemeronun öz İcmalar Palatasında görüşdən əvvəl Ukraynaya gəlməsi təsadüf deyil”.

O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının məqaləsi üzərində də ətraflı dayanıb:

“Zalujnı yazıb ki, bu vəziyyəti (cəbhədəki durğunluğu - red.) pozmaq üçün həll yolları yalnız “silahlar, silahlar, silahlar”dır. Zalujnının məqaləsi amerikalı tərəfdaşlara ünvanlanıb. Düşünürəm ki, o, bunu hərbi həmkarları ilə sıx əməkdaşlıqda yazıb. Bu, ABŞ-ın siyasi rəhbərliyinə müraciətdir. Mənə elə gəlir ki, ABŞ-ın siyasi rəhbərliyi bu yazını eşidib”.скачать dle 12.1