Bia.Az

3 Avropa ölkəsi İranla bağlı Qrossidən bunu tələb etdi

Dünya
 25-11-2023, 16:48     284

Almaniya, Britaniya və Fransa Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossidən İranın nüvə proqramı ilə bağlı hesabatı açıq şəkildə dərc etməyi tələb ediblər.

Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Adıçəkilən ölkələr qəbul etdikləri birgə bəyanatda Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin fəaliyyətinə mane olmaq kimi addımlarını dayandırmalı olduğunu vurğulayıblar.

"Təəssüf ki, baş direktorun hesabatı bir daha İranın Nüvə Sazişi öhdəliklərini pozaraq öz nüvə fəaliyyətlərini inkişaf etdirdiyini təsdiqləyir.

 Tehranın son hərəkətləri, o cümlədən, sentyabrda agentliyin müfəttişlərinin fəaliyyətinə imkan verməməsi İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan davamlı imtina etdiyini göstərir", - bəyanatda deyilir.скачать dle 12.1