Bia.Az

Ermənipərəst konqresmenlər də narahat olub - Azərbaycana silah satışının qadağan olunmasını istəyirlər

Dünya
 15-07-2020, 14:36     314

Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyət və erməni tərəfinin aldığı ağır zərbələr işğalçı ölkəni həmişəki kimi beynəlxalq miqyasda “şüvən qaldırmağa” vadar edib.

“AzPolitika.info” xəbər verir ki, hər zaman xaricdəki havadarlarına və diasporuna stavka edən ermənilər ABŞ Konqresindəki ermənipərəst konqresmenləri yenidən dövriyyəyə soxublar.

Belə ki, ermənipərəst Konqres üzvləri Frenk Pallone və Bred Şermanın təşəbbüsü ilə Azərbaycana silah satışına qadağa məsələsi müzakirəyə çıxarılacaq. Bu barədə ABŞ erməniləri milli komitəsinin başçısı Aram Ambaryan məlumat verib. Məlumatda qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyindən son illər Azəırbaycana edilmiş 120 milyon dollarlıq hərbi yardımla bağlı hesabat istənilməsi təklif olunub.

Ermənipərəst konqresmenlər bu təkliflərini onunla əsaslandırıblar ki, Azərbaycan tərəfi İrəvandan Dağlıq Qarabağa, xüsusilə Xankəndi aeroportuna uçan istənilən hava nəqliyyatı növünü, hətta mülki təyyarələri vurmaqla hədələyib. Onların fikrincə, buna görə də ABŞ Azərbaycana mülki aviasiyanı vura biləcək istənilən silah və digər hərbi sursat satışına və yardımına qadağa qoymalıdır. Məsələnin iyulun 20-də müzakirəyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, bu, ABŞ Konqresindəki ermənipərəst konqresmenlərin ilk belə təşəbbüsü deyil və ümumiyyətlə konqresdə Azərbaycana və Türkiyəyə qarşı buna bənzər addımlar tez-tez atılır.


BİA.azскачать dle 12.1