Bia.Az

Bill Qeyts AÇIQLADI - Üç günlük iş həftəsi...

Dünya
 24-11-2023, 15:13     245

“Microsoft”un qurucusu Bill Qeyts bildirib ki, süni intellektin inkişafı ilə bəşəriyyət daha qısa, üç günlük iş həftəsinə keçə biləcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, milyarderdən süni intellektin iş yerlərini təhdid edib-etmədiyi soruşulub.

Onun sözlərinə görə, elə bir vaxt gələ bilər ki, insanlar çox işləmək məcburiyyətində qalmayacaq:

"Bəşəriyyət elə bir vəziyyətə düşə bilər ki, qida istehsalı yalnız maşınlar vasitəsilə həyata keçiriləcək. Əgər həftədə yalnız üç gün işləməli olduğunuz bir cəmiyyətdə olsanız, bu, yəqin ki, yaxşıdır".

Qeyd edək ki, Bill Qeyts amerikalı milyarder İlon Mask, "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak və mindən çox sənaye mütəxəssisi tərəfindən irəli sürülən qabaqcıl süni intellektin inkişafının dayandırılması çağırışını dəstəkləməyib.

Xatırladaq ki, iyun ayında “The Week” süni intellektin inkişafının yaxın illərdə bəşəriyyətin yox olmasına səbəb ola biləcəyini bəyan edib. Beləliklə, alimlər və mühəndislər süni intellektin dünya miqyasında yayılan epidemiya və ya genişmiqyaslı müharibə riskləri ilə müqayisə oluna biləcək təhlükə yaratdığı qənaətinə gəliblər. скачать dle 12.1