Bia.Az

Zelenskidən Rusiyaya qarşı böyük sanksiya..

Dünya
 24-11-2023, 01:04     361

Ukrayna Prezidenti Vladimir Zelenski iki fərmanla Rusiyadan olan 147 fiziki və 303 hüquqi şəxsə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin məlumatında deyilir.

Sanksiyalar siyahısına Rusiyanın “Mərkəz” qoşunlar qrupunun komandanı, general-leytenant Andrey Mordviçev, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy, habelə TASS-ın baş direktoru Andrey Kondraşov, həmçinin Donetsk və Luqansk “respublika”larının “ombudsman”ları Daria Morozova və Viktoriya Serdyukova və başqaları daxildir.

Bundan əlavə, Zelenski Rusiya, Kipr, Çin və digər ölkələrdə qeydiyyatdan keçmiş aviasiya, tikinti və texnologiya sahələrində ixtisaslaşmış rus şirkətlərinə sanksiya tətbiq edib.скачать dle 12.1