İran "Shahed"in yeni modifikasiyasını təqdim etdi - FOTO

İran rəsmi olaraq "Shahed"in yeni modifikasiyasını təqdim edib.
Musavat.com xəbər verir ki, "Shahed-238" pilotsuz uçan aparatı müxtəlif istiqamətləndirmə sistemləri ilə üç versiyada təqdim edilib. Klassik versiyaya (ortada) avtonom bələdçilik sistemi və GPS siqnalı daxildir, ikinci versiyada (sağda) infraqırmızı/optik bələdçilik sistemi daxildirş
Üçüncü versiyadakı (solda) model bir radar təyinat başlığı ilə təchiz edilib.
Reaktiv mühərrikə malik "Shahed-238"in texniki xarakteristikaları naməlum olaraq qalır.