Ermənistan XİN-in gülünc bəyanatı- “Antisemitizmə yer yoxdur...”

Ermənistan Xarici İşlər Nazirliyinin spikeri Ani Badalyan bəyan edib ki, (monoetnik) Ermənistanda antisemitizm və milli və ya dini zəmində dözümsüzlüyə yer yoxdur.
Eyni zamanda Anti-Diffamasiya Liqasının məlumatına görə, Ermənistan əhalisinin 58%-i antisemit baxışları bölüşür və “Pew” Araşdırma Mərkəzinin araşdırması göstərib ki, ölkə əhalisinin 32%-i yəhudilərin vətəndaşlıqla bağlı müraciət etmək hüququ ilə razılaşmır.
Nəhayət, əgər Ermənistan Xarici İşlər Nazirliyinin iddia etdiyi kimi, bu ölkədə antisemitizmə yer yoxdursa, o zaman bütün yəhudiləri məhv edəcəyinə söz verən Vladimir Poqosyan niyə sərbəst gəzir?