İsrailə BÖYÜK ŞOK! Türkiyə hər an bu addımı ata bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Türkiyə İsraillə diplomatik əlaqələri kəsməyi düşünür.
Musavat.com xəbər verir ki, o bu fikirləri Əl-Cəzirə telekanalına müsahibəsində səsləndirib.
Hakan Fidanın sözlərinə, bu cür qərar kollektiv xarakter daşımalıdır:
“Türkiyə İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirir. Lakin biz hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır”.
O əlavə edib ki, Türkiyə ABŞ-ın İsraili tam dəstəkləməsini qəbul etmir və rəsmi Ankara atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət barədə danışıqlardan imtina edir.