Bia.Az

Pentaqon rəhbəri Şoyqu ilə birbaşa əlaqəni zəruri hesab edib

Dünya
 17-11-2023, 02:54     264

ABŞ-ın müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə birbaşa əlaqə saxlamağın zəruriliyini qeyd edib.

APA xəbər verir ki, Ostinin açıqlamalarını Pentaqonun mətbuat xidməti yayıb.

"Düşünürəm ki, biz dostlarımızla danışa bilməliyik, həm də düşmənlərimizlə danışa bilmək bizim üçün vacibdir. Bu kommunikasiya kanallarını açıq saxlamaq vacibdir", - o, bildirib.

"Hətta Rusiya və Ukrayna ilə baş verən hər şeyin ortasında belə, telefonu götürüb Rusiyanın müdafiə naziri ilə danışmaq imkanım oldu. Və mən hesab edirəm ki, bu, kritik bir fürsətdir və bu fürsəti qoruyub saxlamaq lazımdır" -Ostin vurğulayıb.скачать dle 12.1