Bia.Az

ASALA: Sinaqoqa hücumu biz etmişik - Video

Dünya
 16-11-2023, 01:17     387

Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu (ASALA) İrəvandakı yəhudi icma mərkəzinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, ASALA-nın gənclər qanadı Ermənistanın paytaxtında sinaqoqu yandırıb.

Bu vəhşi hərəkətdən sonra ASALA bəyan edib ki, bununla yekunlaşmayacaq və yəhudi icmasına qarşı növbəti hücum Ermənistandan kənarda həyata keçiriləcək.

Bu, Ermənistanda antisemit mövqeyinin ilk nümayişi deyil. Hələ bu ilin oktyabrında ASALA-nın həmin gənclər qanadı sinaqoqun üzərinə maye töküb, şüşələri sındırıb.

Daha sonra ASALA açıq şəkildə müharibə ilə hədələyərək bildirib ki, Avropa, Amerika, Kanada, Gürcüstanda İsrail yəhudilərinə qarşı müharibə aparacaq. Heç bir İsrail yəhudisi bu ölkələrə gələrkən özünü təhlükəsiz hiss etməyəcək.скачать dle 12.1