Bia.Az

TƏCİLİ! İrandan "Hücum etməmək" TƏKLİFİ - 9 ölkə...

Dünya
 3-11-2023, 15:27     329

İran ümumi və davamlı sülh, təhlükəsizliyin bərqərar olması üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr arasında "hücum etməmək paktı" imzalamağı təklif edib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Pekin Syanşan Forumunda iştirak etmək üçün Çinə gedən İranın Ali dini lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi Çin Hərbi Elmlər Akademiyasında olub.

Səfəvi yüksək çinli hərbi rəsmilərlə görüşündə təkliflə çıxış edib: "Çin və İranın silahlı qüvvələri hər cür təhdid və ümumi maraqlar üzrə ortaq anlaşma əldə etməlidir. İlk növbədə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ümumi təhlükəsizlik və daimi sülhün həyata keçirilməsini tövsiyə edirəm. Bunun nümunəsi üzvlər arasında təcavüz etməmək haqqında paktın imzalanması ola bilər".

İran sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən ŞƏT Zirvə toplantısında təşkilata tamhüquqlu üzv kimi qoşulub. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan və İranın üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında qarşılıqlı etimad, mehriban qonşuluq və dostluq münasibətlərini gücləndirərək regional sülh, təhlükəsizlik və sabitliyin qorunmasını hədəfləyir.скачать dle 12.1