Bia.Az

Ayrapetyandan öz ölkəsi il bağlı SENSASİON SÖZLƏR

Dünya
 23-10-2023, 15:33     353

“Sülh prosesilə bağlı formatın necə olacağı ilə əlaqədar məsələ çox müzakirə olunur. Çoxları Qərb formatlarına üstünlük verir, əksəriyyət rus formatlarını tənqid edir, bəziləri ciddi qeyd-şərtlərlə “3+3” formatına yanaşır, amma mənim üçün bu, çox süni söhbətdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Azərbaycan üzrə ekspertlərindən Tatev Ayrapetyan yazıb.

Ayrapetyan Paşinyan hökumətinin bu məsələdə ardıcıl mövqe tutmadığını bildirib.

“Nikol Paşinyan tərəfindən təmsil olunan Ermənistan hakimiyyəti 2021-ci il parlament seçkilərində Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün proqram hazırlamışdı. Bir neçə aydan sonra iqtidar öz seçki və hökumət proqramlarından əl çəkdi.
Daha sonra Paşinyan həmin Qarabağı və anklavları Azərbaycanın tərkib hissəsi olaraq tanıdı, lakin əvəzində heç nə almadı. Beynəlxalq konsensus nəticəsində Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçdi. İndi Azərbaycan yeni tələblər irəli sürür. Yəni mövcud problemlərin kökü Ermənistan hakimiyyətinin apardığı məğlubiyyətçi siyasətdədir. Qalanları törəmə və ya töhfə verən amillərdir.

Ermənistanın çıxış yolu varmı? Təbii ki, bu cür ağır vəziyyətdə belə var.

Amma Ermənistandakı hazırkı vəziyyət təsadüfən səriştəsiz və savadsız həkim seçən, onu son dərəcə ağır vəziyyətə salan xəstəni xatırladır. Başqa, daha peşəkar həkimlər işə qarışmaq istəyəndə səriştəsiz həkim etiraz edir: bir halda ki, məni seçiblər, özüm müalicəni davam etdirməli, bununla da xəstəni ölümə aparmalıyam. Ermənistan hakimiyyəti böhrandan çıxmaq şansını günü-gündən azaldır”, - deyə Tatev Ayrapetyan qeyd edib.скачать dle 12.1