Bia.Az

Xəbərdarlıq edildi - “Yeni şər oxu - Rusiya, Çin və İran...”

Dünya
 23-10-2023, 12:06     271

Çin, Rusiya və İran ABŞ-ın mübarizə aparmalı olduğu yeni şər oxudur.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı senator Mitç Makkonel deyib.

Senator hesab edir ki, dünya heç vaxt olmadığı qədər təhlükə altındadır:

“Təcili addım atmalı, yeni şər oxu – Çin, İran və Rusiya ilə məşğul olmalıyıq. Çünki bu, ABŞ üçün təhlükədir”.

Makkonel Rusiyanı PUA-larla təchiz etdiyi üçün İranı “terrorun əsas sponsoru” adlandırıb. Çini də təcavüzkarları dəstəkləməkdə ittiham edib. Senator xatırladıb ki, Çin lideri Si Cinpin Rusiyanı “əbədi dost” adlandırıb.

Onun sözlərinə görə, ABŞ-ın Asiyadakı müttəfiqləri Yaponiya, Cənubi Koreya və Tayvandır. Senator vurğulayıb ki, Rusiya Ukraynada məğlub olmasa, növbəti hədəfi NATO ölkəsi olacaq.скачать dle 12.1