Bia.Az

Üç ölkə savaşa hazırlaşır – Nüvə təyyarəsi və bombardmançılar havaya qaldırıldı

Dünya
 23-10-2023, 11:00     263

ABŞ, Yaponiya və Cənubi Koreya Koreya yarımadası yaxınlığında ilk dəfə birgə üçtərəfli hava təlimləri keçirib.

Teleqraf.com xəbər verir ki, təlimlər Şimali Koreyadan artan raket və nüvə təhlükəsi fonunda müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün birgə səylərin bir hissəsidir.

Təlimdə Cənubi Koreya Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Hava Qüvvələri və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri iştirak edib. Amerikanın B-52 strateji bombardmançı təyyarəsi də manevrlərə cəlb olunub.

ABŞ-ın nüvə bombardmançısı Seul yaxınlığında manevr etdikdən sonra Cənubi Koreyadakı hava bazasına eniş edib.

Amerikanın B-52 strateji bombardmançı təyyarəsinin birgə hərbi təlimlərdə iştirakı və Cənubi Koreyada yerləşdirilməsi nadir hal sayılır.скачать dle 12.1