Bia.Az

Fələstin-İsrail münaqişəsi başlayandan bəri 22 jurnalist ölüb

Dünya
 21-10-2023, 12:17     337

“20-dən çox jurnalist Fələstin-İsrail münaqişəsinin şiddətlənməsinin qurbanı olub”.

BİA.az  xəbər verir ki, bu barədə cümə günü Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısına ən azı 22 jurnalist qoşulub. Qəzza zolağında jurnalistlər İsrailin quru əməliyyatları ərəfəsində və İsrailin dağıdıcı hava hücumları və elektrik enerjisinin kəsilməsi fonunda münaqişəni işıqlandırarkən xüsusilə yüksək risklərlə üzləşirlər”, – hesabatda qeyd edilib.

Komitə öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu qeyd edib. Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbsdədir.скачать dle 12.1