Bia.Az

Şarmazanov: "Mən deyəndə ki, onlar qədim yunan axmaqlarına bənzəyirlər, inciyirlər"

Dünya
 19-10-2023, 16:00     339

“Mən deyəndə ki, Paşinyan hökumətində yer alanlar qədim yunan axmaqlarına bənzəyirlər, inciyirlər...”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Respublika Partiyasının (ERP) İcra orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanovun facebook səhifəsindəki statusunda qeyd olunub.

“Qarabağda erməni qalmayıb, Bakı həbsxanaları erməni əsirləri (caniləri-red.) ilə doludur, Azərbaycan və Türkiyə yeni eskalasiya ilə hədələyir. Bunlar isə hökumətin iclasında məmurun hədiyyə olaraq aldığı şərabı içib-içməyəcəyini müzakirə edir... Əsl dəlixanadır....

Siz boşboğazlığınıza davam edin, görəcəksiniz ki, türklər Ermənistanı necə işğal ediblər... sizə isə lülə kababı hədiyyə ediblər", - deyə statusda qeyd olunub.скачать dle 12.1