Bia.Az

Rusiya bu istiqamətdə hücumu niyə dayandırdı?

Dünya
 17-10-2023, 02:27     469

Ukrayna Müdafiə Qüvvələrinin güclü müqavimət göstərməsi səbəbindən Rusiya qoşunları Liman istiqamətində hücumu dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib.

Yevlaş bildirib ki, bu barədə rusların özləri dəfələrlə məlumat veriblər və onların irəliləyişinə sıx mina zonası böyük mane olur.

“Bizim bu istiqamətdə güclü möhkəmləndirilmiş ərazimiz var. Ukrayna Silahlı Qüvvələri bu susqunluğun uzun sürməyəcəyinə inanır. Çox güman ki, düşmən bu istiqamətdə hücum əməliyyatlarını bir neçə gündən sonra, bəlkə də daha tez bərpa edəcək. Ruslar indi yenidən qruplaşmaq və öz ordularını bərpa etmək üçün geri çəkilib”.скачать dle 12.1