Bia.Az

Məşhurun nikahdankənar doğulan qızları bu evdə böyüyüb - FOTOLAR

Dünya
 15-10-2023, 13:20     342

Türkiyənin məşhur aktyoru Metin Akpınar 36 il əvvəl nikahdankənar dünyaya gələn əkiz qızları barədə ilk dəfə açıqlama verib. O, bir qadınla bir gecəlik münasibət yaşadığını və övladlarının varlığından xəbərsiz olduğunu etiraf edib.

Musavat.com xəbər verir ki, Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti 82 yaşlı "Yeşilçam" ulduzunun nikahdankənar doğulan övladlarının böyüdüyü evi tapıb.

1988-ci ildə dünyaya gələn Duyğu və Sevgi Nebioğlu bacıları ömürlərinin çoxunu Antalyada keçiriblər. 6 aylıq ikən Antalya valiliyi tərəfindən dövlət himayəsinə götürülən və Uşaq Müdafiə Təşkilatının yataqxanasına yerləşdirilən əkizləri 6 yaşında sinif müəllimi Əminə və fizika müəllimi Özdener Nebioğlu övladlığa götürüb.

Əkizlər doğma ataları Metin Akpınarı 24 yaşlarında olarkən axtarıb tapıblar. Aktyor tanıdığı ilk gündən qızlarını qəbul etdiyini bildirib.

"36 il əvvəl Antalydada tanış olduğum biri ilə bir gecəlik münasibətimiz oldu. Bu hadisədən sonra o qadınla heç vaxt görüşmədik. 24 il sonra əkiz bacılar məni axtarıb tapdılar. Onların ataları olduğumu öyrənəndə sarsıldım. Tanıdığım ilk gündın onları qəbul etdim. Uşaqlarımın yaşadığı ağır və çətin günlər üçün peşmanam" - o deyib.











скачать dle 12.1