Bia.Az

Paşinyanın vaxtı yoxdur, mən İrəvana səfərə hazıram

Dünya
 14-10-2023, 02:26     456

Ermənistanın Baş naziri Nikol Paşinyanla təmasdayam, İrəvana dəvət var, Ermənistan tərəfinin Rusiyaya səfəri üçün cavab dəvəti var, amma indi yəqin ki, səfərə vaxt yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz onunla (Nikol Paşinyan – red.) əlaqə saxlayırıq, dəvət var, onun da Rusiyaya dəvəti var, baxarıq. Hamımız böyük adamlarıq, orada nə baş verdiyini başa düşürük. Bu, Qarabağ ermənilərinin faciəsidir. Onun yəqin ki, indi səyahət etməyə vaxtı yoxdur”, - Putin mətbuat konfransında vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər etməyə hazır olduğunu bildirib və qeyd edib ki, İrəvanla həm Xarici İşlər Nazirliyi, həm də hökumətin iqtisadi bloku vasitəsilə iş dayanmır.

“Normal vəziyyət yaranacaq və mən onların yanına gedəcəm, ya da o gələcək. Müvafiq iş qrafikimiz var, qurulmuşdur. Bütün xidmətlərimiz təmasda işləyir, həm Xarici İşlər Nazirliyi, həm də hökumətin iqtisadi bloku işləyir, işimiz dayanmır”, - Rusiya Federasiyasının Prezidenti qeyd edib.скачать dle 12.1