Bia.Az

Husilər Fələstinə 100 min döyüşçü göndərmək istəyir

Dünya
 14-10-2023, 02:21     462

Yəmənin paytaxtı Səna və üsyançı husilərin nəzarətində olan digər vilayətlərdə Fələstin xalqına kütləvi dəstək nümayişi keçirilib.

Axar.az xəbər verir ki, bu barədə yerli “əl-Masira” telekanalı məlumat yayıb.

Nümayişçilər Fələstin bayraqları qaldıraraq, Fələstin müqavimətini dəstəkləyən şüarlar səsləndiriblər.

“Ənsarullah” (husi) hərəkatının nümayəndəsi döyüşdə real iştiraka və Fələstini, Fələstin xalqını və müqəddəs yerləri müdafiə etmək üçün yüzminlərlə döyüşçü göndərməyə hazır olduqlarını bəyan edib.скачать dle 12.1