Bia.Az

İranın 6 milyard dollarına girişi dayandırıldı

Dünya
 13-10-2023, 00:48     367

ABŞ və Qətər rəsmiləri Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda İranın üzərindən həbs götürülən 6 milyard dollarlıq vəsaitinin Qətər banklarından çıxarılmasını əngəlləmək qərarına gəliblər.

“Washington Post”un yazdığına görə, ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo demokrat konqresmenlərə deyib ki, “Amerika rəsmiləri və Qətər hökuməti HƏMAS-ın İsrailə hücumu fonunda İrana humanitar yardım üçün blokdan çıxarılan 6 milyard dollarlıq hesaba giriş verməmək barədə razılığa gəliblər”.
Adeyemo ABŞ Nümayəndələr Palatasındakı demokratları bu vəsaitlərin "yaxın gələcəkdə heç yerə getməyəcəyinə" əmin edib. Nəşr qeyd edir ki, amerikalı qanunvericilər əvvəllər ABŞ prezidenti Co Baydenin Tehranın bu pullardan istifadəsinə mane olmasını tələb ediblər.
Materialda İranın BMT-dəki Daimi Nümayəndəliyinin şərhinə də yer verilib: "Bu senatorlar və ABŞ hökuməti çox yaxşı bilirlər ki, onlar müqavilələrə yenidən baxa bilməzlər. Pul İran xalqına, İran İslam Respublikası hökumətinə məxsusdur. İran dövləti həmin pulu ölkə vətəndaşları üçün bütün zəruri və sanksiya altında olmayan malları almaq üçün sərf etməyi planlaşdırıb”.
Xatırladaq ki, 6 milyard dollar Cənubi Koreya banklarında dondurulmuşdu. Bir neçə ay əvvəl İranla ABŞ arasında məhbus mübadiləsi fonunda həmin vəsaitlər yalnız əhali üçün zəruri ərzaq, dərman və digər sanksiya altında olmayan malların alınmasına sərf olunması şərtilə Cənubi Koreyadan Qətər bankına köçürülmüşdü. Qətər bankından isə İranın təqdim etdiyi sənədlər əsasında malların satıcılarının hesablarına köçürülməsi nəzərdə tutulurdu.скачать dle 12.1