Bia.Az

Xankəndidəki partlayış: 7 erməni Fransaya aparıldı

Dünya
 7-10-2023, 01:20     570

Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində baş verən irimiqyaslı partlayış nəticəsində yaralanan və hazırda çox ağır vəziyyətdə olan 7 erməni Fransa və Bolqarıstana aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlama verib.

“Vəziyyəti son dərəcə ağır qiymətləndirilən xəstələrin durumu hazırda stabilləşib və daşınmağa hazırdırlar”, - məlumatda deyilir.

Bu xəstələrin uzunmüddətli və kompleks müalicə tələb etdiyi qeyd edilir.скачать dle 12.1