Bia.Az

“Paşinyanı qovmaq lazımdır” - Ermənilər HƏRƏKƏTƏ KEÇDİLƏR

Dünya
 6-10-2023, 14:48     586

“Paşinyan iqtidarı və erməni xalqının birgə yaşaması qeyri-mümkündür. Ölkədə qaçılmaz impiçment mühiti yaradılmalıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan öz məqaləsində yazıb.

Ovannisyan bu məqsədlə Ermənistanda xüsusi təşkilatın qurulacağını da söyləyib.

“Burada əsas məqsəd Paşinyanın impiçmenti üçün zəmin hazırlamaqdır. Onu qovmaq lazımdır. Bunun üçün bütün ölkə ərazisində lazımi infrastruktur yaratmaq zəruridir. Bu işə çoxlu sayda insan və mütəxəssislər cəlb olunmalıdır”, - deyə Vahe Ovannisyan qeyd edib.скачать dle 12.1