Bia.Az

Kolonna Kremlə meydan oxudu: İrəvan ASM-ə daxil edilir

Dünya
 4-10-2023, 10:51     423

Fransa AB-nin Ermənistandakı müşahidə missiyasını genişləndirməsi və onun “daha faydalı ola bilməsi” üçün mandatını gücləndirmək xahişi ilə Avropa Birliyininn (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə müraciət edib.

Axar.az xəbər verir ki, bunu Fransa XİN rəhbəri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla İrəvanda görüşdən sonra mediaya açıqlamasında deyib.

“Mən Ermənistanın Avropa Sülh Mexanizminə daxil edilməsini təklif etdim, bu, məsələn, Moldovada həyata keçirilir. Məqsədimiz odur ki, AB və onun üzvləri Ermənistanın ərazi bütövlüyü ilə bağlı Fransa kimi eyni aydın siqnalları göndərməyə başlasınlar. Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox aydın və sərt cavab veriləcək. Ümid edirəm ki, biz digər tərəfdaşlara arxalana bilərik, xüsusən ABŞ-dan söhbət gedir”, - Kolonna bildirib.

Qeyd edək ki, Fransanın Ermənistanda AB “mülki missiyasını” genişləndirmək cəhdi fürsətdən istifadə edərək, AB qüvvələrinin regiona daha çox yerləşdirilməsi deməkdir. Eyni zamanda, Ermənistanın Avropa Sülh Mexanizminə daxil edilməsi onun KTMT-dən çıxması anlamına gəlir.
Fransa Ermənistanın “təhlükəsizliyi”ni üzərinə götürməklə, Rusiyanı bu ölkədən çıxarmaq niyyətini açıq şəkildə ortaya qoyur.скачать dle 12.1