Bia.Az

Kadırovun qızı xalq artisti oldu

Dünya
 3-10-2023, 14:52     423

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova Çeçenistanın xalq artisti adına layiq görülüb.

Axar.az xəbər verir ki, bu barədə Ramzan Kadırov Teleqram kanalında yazıb.

“Ayşat Kadırovanı II dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif etdim. Həmçinin Çeçenistan Respublikası rəhbərinin fərmanı ilə o, “Çeçenistan Respublikasının xalq artisti” adına layiq görülüb. Səhnəmizin parlaq nümayəndəsi Elina Murtazova “Çeçenistan Respublikası qarşısında xidmətlərə görə” medalına, Maret Baysarova “Çeçenistan Respublikasının əməkdar mədəniyyət işçisi” adına layiq görülüb”, - Kadırov bildirib.скачать dle 12.1