Bia.Az

Bayden əmin etdi: "ABŞ-ın Ukraynaya yardımı dayanmayacaq"

Dünya
 2-10-2023, 00:49     336

ABŞ prezidenti Co Bayden büdcənin Ukraynaya yardımla bağlı bənd olmayan variantının qəbuluna baxmayaraq, Kiyevə yardımın dayandırılmayacağını açıqlayıb.

Musavat.com xəbər verib ki, Bayden Konqresin Ukraynaya yardımla bağlı qərarın ayrılıqda Konqresdə müzakirə olunacağını bildirib. Onu sözlərinə görə, Respublikaçılarla bununla bağlı razılaşma olub və onlar Ukraynaya yardımın dayanmayacığına söz veriblər: “"Heç bir halda ABŞ-ın Ukraynaya dəstəyinin dayandırılmasına icazə verilməməlidir. Mən ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkartidən Ukraynaya dəstək üçün vəsait ayırmaq vədlərinə sadiq qalacağını gözləyirəm”.

Bayden həmçinin bildirib ki, Vaşinqtonun Kiyevə dəstəyi dayanmayacaq: "Amerika müttəfiqlərini, eləcə də ABŞ və Ukrayna xalqını əmin etmək istəyirəm ki, dəstəyimizə arxalana bilərsiniz, biz geri çəkilməyəcəyik".скачать dle 12.1