Bia.Az

Köhnə trionun yeni planının iflası – "Məzlum işğalçıları"ın ifşası

Dünya
 29-09-2023, 10:10     481

Ermənilərin bu coğrafiyada komalaşmasnın tarixi 200 ilə yaxındır. Bu, əsasən Rusiyanın əvvəlcə Şimali Qafqazı, sonra Cənubi Qafqazı, daha sonra İranı (Təbriz və ətrafını) işğal etməsindən sonra baş verib.

Ona qədər bu areallardakı xırda feodal dövlətlərin (xanlıqlar, sultanlıqlar, bəyliklər) hamsı Azərbaycan türklərinə məxsus olub. Tarixi məxəzlərdə yalnız Şuşanın altında bir erməni məlikliyi (təxminən müasir rayonların yarısı boyda) barədə söhbət gedir və o da müstəqil olmayıb, Qarabağ xanlığının himayəsində, qulluğunda olub.
Fəqət erməni alimlərin özlərinin düzüb-qoşduqları yalançı mənbələrə, təsdiqlənməyən hipotezlərə əsaslanan, tarixi əsərlərdən çox təbliğati-publisistik məqalələri xatırladan materiallara görə, “erməni imperiyası”nın bir ucu Xəzər dənizinə (Neftçala), biri ucu Qara dənizə dirənib, müasir Türkiyə, İraq, İran dövlətlərinin əarzisinin bir hissəsini əhatə edib.
Adi arifmetika ilə bu iddiaların puçluğunu isbat etmək olar. Sözügedən bu ərazidə inkişaf etmiş, güclü imperiya qurmaq üçün azı 50 milyon insan lazım idi. 50 olmasın, 25 milyon milyon olsun, lap 15 milyona enək. Yəni eramızdan əvvəl, 2070 il öncə imperiya qurmuş ermənilərin sayı 15 milyon olub? Bəs indi nə qədərdir?
Bu, fantastik iddiadır. II Tiqrandan bəhs edən məqalədə də göstərilir ki, guya onun 200 min piyada əsgəri, 50 min süvarisi olub. İddianın absurdluğu ondadır ki, hazırda 85 milyon əhalisi olan Türkiyənin cəmi 100 il əvvəl 13 milyon civarında əhalisi olub.
KARTA.JPG (61 KB)
                                          Mifik "Böyük Ermənistan" xəritəsi
Əgər aradan keçən 21 əsrdə əhalinin artım tempini bu hesabla götürsək, hazırda dünyada ermənilərin sayı çinlilərin və hindistanlıların sayından çox olmalıydı. Çünki onlar bizim eramızdan əvvəl bu qədər çox olsaydılar, sonrakı əsrlərdə tədricən arta-arta milyard yarıma çatardılar. Necə ola bilər ki, hamı artıb, onlar azalıb?
Əlbəttə, bu iddiaya cavab olaraq ermənilər deyə bilərlər ki, biz bütün əsrlərdə qırğına məruz qalmışıq. Bu da havayı söhbətdir. Sonra əsrlərdə müharibələr əsasən romalılarla türklər və farslar, türklərlə yunanlar, monqollarla türklər, özbəklərlə farslar, İran türkləri ilə hindlilər, tatarlarla ruslar, ruslarla Qafqaz xalqları (və s. və i.s.) arasında gedib, ermənilərin yeni erada hansısa müharibədə böyük itkilər verdiyi barədə regionun tarixində bilgi yoxdur.
Əksinə, onlar bütün imperiyalarda, dövlətlərdə kompakt yaşayan etnik azlıq olublar.
Onları daha çox bir araya toplayan isə Rusiya olub. Bu məsələdə ermənilərin öz istəyi də olmamış deyil.
Ancaq Rusiya erməniləri İrandan, Türkiyənin şərq vilayətlərindən köçürərək bir hissəsini hazrkı Ermənistan dövlətinin ərazisində, bir hissəsini isə Azərbaycanın Qarabağ mahalının dağlıq və dağətəyi nahiyələrində yerləşdirməsindən sonra ermənilər özlərini çox görüb, güclü hiss etməyə başlayıblar.
qrib.jpg (132 KB)
                                       Şair-diplomat Aleksandr Qriboyedov
Əslində Rusiya dövləti erməniləri Ermənistan və Azərbaycan ərazisində təsadüfən yerləşdirməyib. Bunu rus dövlətinin böyüklərinə yazıçı-diplomat Aleksandr Qriboyedov məsləhət görüb. O, məktublarının birində yazıb: "Rus ordusunun tutduğu rayonlardan — Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır".
O zamanlar istər Yelizavetpol (indiki Gəncə), istərsə də İrəvan quberniyaları rus çarının sərəncamında olub və çar I Nikolay da belə məsləhət görüb ki, ermənilər İran və Türkiyə sərhədinə yaxın yerlərdə, Qarabağ və İrəvan civarında kompakt yaşasınlar. Rusiyanın onları ora yerləşdirməkdə məqsədi İran və Türkiyə sərhədində özünə sadiq arxa-dayaq, bastion təşkil etmək olub. Rusiya imperiyasının babilənləri hesab ediblər ki, müsəlman-şiə toplumdansa xaçpərəst xalq ona sadiq qalar, düşmən tərəfə keçməz.
Bu məqsədlə İrandan 40-50 min nəfər erməni indiki Ağdərəyə köçürülüb. 1828-1829-cu il rus-türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni regiona gətirlib. İran, Türkiyə və digər Şərq ölkələrində yaşayan ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirilib.
Ermənilər Rusiyaya sığındıqdan, çoxaldıqdan sonra bir müddət heç də düşmən tərəfə keçmək, başqa dövlətin təbəəsi olmaq niyyətinə düşməyiblər. Özlərinə yer edib, məskunlaşıb, necə deyərlər, özlərini tutublar. Yalnız ondan sonra əsas məqsədləri öz dövlətlərini qurmaq olub.
marağa.jpg (17 KB)
Nəhayət, ermənilər lazımi saya çatdıqlarına, dövlət qurmaq üçün lazımi qədər resurs topladıqlarına əmin olandan sonra siyasi və hərbi mübarizəyə start verib, 1890-cı ildə Daşnaksütun partiyasını qurublar. Bu partiyanın ermənilərin yaşadığı hər bir mahalda, rayonda qəsəbədə yerli büroları təşkil edilib. Başqa sözlə, ermənilər müstəqil dövlət qurmaq ideyasına ellikcə, hamılıqca könül veriblər.
1905-ci ildə baş verən erməni-müsəlman qırğınının təşəbbüskarı və aqressiv iştirakçısı daşnaklar olub. Böyük dövlətlərin qatıldığı, 1914-cü ildə başlayan I dünya müharibəsinə dövləti olmayan ermənilər məhz siyasi təşkilatın bayrağı altında giriblər, Osmanlı imperiyasının düşmənlərinin tərəfinə keçərək türklərə arxadan zərbə vurublar. 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Lənkəranda, İranda, Özbəkistanda milli zəmində törədilən qırğınların əsas aktorları daşnaklar olublar.
Nəhayət, onlar böyük dövlətlərin maşası olaraq, öz ənamlarını alıb, kiçik bir arealda müstəqil dövlətlərini qurublar.
Maraqlıdır ki, bir ovuc erməninin qurduğu dövlətə ABŞ da dəstək verib, Fransa da, Rusiya da.
sevr-antlasmasi-maddeleri.jpg (80 KB)
          Sevr müqaviləsi imzalayaraq Türkiyəni parçalayan, ermənilərə dövlət quranlar
Bu trio sizə tanış gəldimi? Belə anlaşılır ki, hələ yüz öl öncə ABŞ, Rusiya, Fransa bir arada olub, ermənilərin himayədarı kimi çıxış ediblər.
Onların 70+ ildən sonra bir araya gələrək, ATƏT-in Minsk qrupunun həmsədri olmaları təsadüfi deyil, tarixi presedenti var. Onlar bu dəfə yenidən erməni dövlətinə qahmar çıxmaqla, onun ərazisinin böyüməsinə çalışırdılar.
e565dc2386690af7d1d5b5104ea5b6ed4392509f.jpg (25 KB)
          ATƏT-in Minsk qrupunun amerikalı, fransalı, rusiyalı həmsədrləri
Ermənilər gerçəkdən də “Böyük Ermənistan imperiyası” adlandırdıqları mifik dövlətin ərazilərini zamanla bərpa etmək niyyətindəydilər. Xarici havadarları güclü olduğundan düşünürdülər ki, tədricən bu məqsədlərinə çatacaqlar. Onların perspektiv planlarına Qarabağı de-yure ələ keçirdikdən sonra Gürcüstandan Cavaxetiyanı, daha sonra Azərbaycandan Naxçıvanı qoparmaq daxil idi.
Fəqət ermənilər Qarabağı de-fakto ələ keçirə bilsələr də, Azərbaycan rəhbərliyinin əzmi nəticəsində onu sənədləşdirə bilmədilər. Azərbaycan bu itkiylə razılaşmadı, dirəndi, toparlandı, gücləndi, tarixi fürsəti gözlədi və öz ərazi bütövlüyünü bərpa etdi.
Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusu ermənilərin 190-200 illik imperialist planlarını iflasa uğratdı. İndi Gürcüsanın da, Türkiyənin də, elə Azərbaycanın da canı bu, böyük dövlətlərin əlində maşa olan separatçı-işğalçılardan qurtarmaq üzrədir.
Ermənilər 2020-2023-cü ilin sentyabrında aldıqları zərbədən uzun illər özlərinə gələ bilməyəcək, öz kiçik dövlətlərində yaşamağa məcbur olacaqlar. Öz məkrli xislətləri və pis niyyətləri ilə özlərini bütün regionda ifşa etmiş ermənilərdən maşa kimi istifadə etmək istəyənlər yenə ola bilər, amma onlar da anlamalıdırlar ki, artıq gecdir.
Araz Altaylı, Musavat.comскачать dle 12.1