Bia.Az

Bu dünya müharibəsinə yol açacaq - Latviya

Dünya
 26-09-2023, 10:54     285

Ukraynanın Rusiyaya qarşı müharibədə məğlubiyyəti Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç deyib.

“Əgər Rusiya Qərbin birləşmədiyini, Ukraynanı kifayət qədər dəstəkləmədiyini görsə, o zaman biz Rusiya tərəfindən NATO üzvlərinə qarşı növbəti təxribatların olacağından həqiqətən qorxmağa başlamalıyıq. Əgər təcavüzkarın qarşısı alınmasa, təcavüzkar bacardığı qədər irəli gedəcək. Üçüncü Dünya müharibəsinin qarşısını almağın ən yaxşı yolu Ukraynaya var gücümüzlə kömək etməkdir. Biz Ukraynanı istədiyi hər şeylə təmin etməliyik”, - Rinkeviç bildirib.скачать dle 12.1