Bia.Az

Bu ölkədən Hindistana ŞOK ZƏRBƏ

Dünya
 19-09-2023, 11:00     269

Hindistan Xarici İşlər Nazirliyi Kanada səfiri Kameron MacKayı onun persona-non-qrata elan olunması barədə məlumatlandırıb. XİN-in bu barədə yaydığı açıqlamada bu addımın Ottavanın bundan əvvəl Hindistanın yüksək vəzifəli diplomatına qarşı qəbul edilən qərara cavab olduğu bildirilir.

Kanada səfirinə 5 gün ərzində Hindistanı tərk etmək tapşırılıb: "Kanadanın Hindistandakı səfiri bu gün çağırılıb və Hindistan hökumətinin hazırda Hindistanda olan yüksək rütbəli kanadalı diplomatı ölkədən çıxarmaq qərarı barədə məlumatlandırılıb. Diplomatdan yaxın 5 gün ərzində Hindistanı tərk etməsi tələb olunub”.
Məlumatda o da vurğulanır ki, “qərar Hindistan hökumətinin Kanada diplomatlarının ölkənin daxili işlərinə qarışması və onların anti-Hindistan fəaliyyəti ilə bağlı artan narahatlığını əks etdirir”.
Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Yeni Dehlinin Kanadanın baş naziri Castin Trüdonun, eləcə də ölkənin xarici işlər naziri Melani Jolinin Hindistan kəşfiyyat xidmətlərinin Kanada sikx icmasının lideri Hardip Singh Nizharın qətlində iştirakı ilə bağlı ittihamlarını qəti şəkildə rədd etdiyini bildirib. Hindistan Xarici İşlər Nazirliyi xatırladıb ki, Trüdo tərəfindən Hindistanın Baş naziri Narendra Modiyə G20 sammiti zamanı “oxşar ittihamlar səsləndirilib” və “onlar tamamilə rədd edilib”.
Qeyd edək ki, dünən Kanada səlahiyyətliləri Hindistan kəşfiyyat orqanlarının Nizharın qətlində əli olması ilə bağlı iddialara əsasən yüksək səviyyəli Hindistan diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Kanada Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, bu şəxs Hindistan kəşfiyyatının Şimali Amerika ölkəsindəki nümayəndəsidir. Joli vurğulayıb ki, Ottava "onun işlərinə heç bir müdaxiləyə dözməyəcək". Xarici işlər naziri əlavə edib ki, bu məsələdə Yeni Dehlidən “tam əməkdaşlıq” gözləyir. Parlamentdə çıxış edən Trüdo həmçinin bildirib ki, Ottava Hindistan hakimiyyətini iyunun 18-də Britaniya Kolumbiyasında güllələnərək öldürülən Nizharın qətlində əli olduğundan şübhələnir.
Hindistan Xarici İşlər Nazirliyi vurğulayır ki, kanadalı siyasətçilər açıq şəkildə Xalistan terrorçularına və ekstremistlərinə rəğbət bəsləyirlər ki, bu da dərin narahatlıq doğurur.скачать dle 12.1